ABŞ ilə münasibətlərin yenidən qurulacağına və daha da dərinləşəcəyinə əminəm. 

İqtisadiyyat.az xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.   

Gürcüstan parlamentinin xarici agentlər haqqında qanunu qəbul etməsi fonunda Gürcüstanın ABŞ, eləcə də Aİ ilə münasibətləri pozulub. Dövlət Departamenti daha əvvəl qəbul edilmiş qanunla əlaqədar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq etdiyini açıqlamışdı.

"Amerikanın heç bir sanksiyaları yoxdur, Amerikanın dostluğu, strateji tərəfdaşlığı var və bu münasibətlər daha da dərinləşəcək, sıfırlanacaq və daha dostcasına olacaq", - Kaladze gürcü jurnalistlərə deyib.