Gəncə şəhərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bayram namazı yüzlərlə sakinin və din xadimlərinin iştirakı ilə “İmamzadə” ziyarətgahında və digər məscidlərdə qılınıb.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.