Fransa Ukraynaya “Akeron” adlı beşinci nəsil tank əleyhinə raket sistemləri verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Milli Müdafiə və Silahlı Qüvvələr Komissiyasının vitse-prezidenti Jan-Lui Tyerio məlumat verib.

"Bu gün aydındır ki, göndərdiyimiz silahlar yaxşı və işləkdir. Göndərilən "Sezar" özüyeriyən silahları, "Mistral" hava hücumundan müdafiə sistemi və "Akeron" tank əleyhinə raketlər öz vəzifələrini layiqincə yerinə yetirirlər", - açıqlamada bildirilir.

Müasir raket sistemləri tank və digər zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub.