“Müsəlman aləmi üçün olduqca əhəmiyyətli sayılan Qurban bayramı münasibətilə dünya müsəlmanlarına gözüaydınlıq diləyirəm”.

İqtisadiyyat.az xəbər verir ki, Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov müsəlmanları təbrik edib:

“Məhz bu ay bizə vəhdəti və bərabərliyi Allahın uca dərgahına qismən də olsa, yaxınlaşma imkanı verdiyi üçün sonsuz şükür edirik.

Türk dünyası üçün önəmli hadisələrdən biri kimi, Qarabağın işğaldan azad olunmasını tarixə öz adı ilə yazan sərkərdə Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı, Vətən müharibəsində canını qurban edən şəhidlərimizin ailələrini,  sağlığını torpaq uğrunda fəda edən qazi qardaşlarımızı müqəddəs Qurban bayramı münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edirəm”, - deyə konsul vurğulayıb.