Rəcəb Tayyib Ərdoğanla Co Bayden Balidə keçirdikləri görüşdə iki ölkə arasındakı əlaqələri, xüsusilə ticarət və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bayden İstanbulda törədilən terror aktında həyatını itirənlərlə bağlı başsağlığı verib.

Həmçinin, ABŞ prezidenti Rusiya ilə Ukrayna arasındakı taxıl dəhlizindəki problemin həlli və daşıqların bərpası istiqamətində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.

12:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, görüş Balidə keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində baş tutacaq.