Cəlilabad rayonunda əhalinin ümumi sayı aprel ayının 1-i vəziyyətinə 217,6 min nəfərə çatıb.

Rayon Statistika İdarəsindən İqtisadiyyat.az-a bildirilib ki, cari ilin 3 ayında 728 nəfər uşaq dünyaya gəlib, 256 ölüm halı qeydə alınıb.

Əhalinin təbii artımı 472 nəfər olub.

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 216 nikah və 55 boşanma halı rəsmiləşdirilib.