Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Kahramanmaraşda baş vermiş zəlzələdən sonra göstərdiyi yardıma görə Azərbaycana minnətdarlığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Əminə Ərdoğan bu barədə özünün Tvitter hesabında yazıb:

“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusən də axtarış-xilasetmə qrupları göndərdiyinə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.