2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1,1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 2,3 % azdır.

O cümlədən, Prezident ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 7,95 % az - 110 milyon manat təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.