Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrünə nisbətən nominal ifadədə 5,5% artaraq 17 072,0 mln. manata çatıb.

İqtisadiyyat.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən əhalinin hər nəfərinə düşən gəlir isə illik müqayisədə 4,6% artaraq 1 729,0 manat təşkil edib.