Almaniyanın “Quant” şirkətinin istehsal etdiyi “Quant e-Sportlimousine” markalı avtomobil yanacaq əvəzinə duzlu sudan istifadə edir.

Bildirilir ki, avtomobil benzin əvəzinə, elektrolit elementlərdən istifadə edən sistemlə işləyir və bu sistem “NanoFlowcell” şirkəti tərəfindən istehsal olunur.

Bu elementlər 920 at gücü hasil edir. Nəticədə duzlu su işlədən avtomobil 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir. Avtomobilin maksimal sürəti isə 350 km/saatdır. Qeyd edilir ki, bu texnologiya həm effektiv, həm də ekoloji cəhətdən daha yaxşı olduğundan benzinlə çalışan avtomobilləri tarixə göndərə bilər. Xəbəri “Auto.ru” yayıb.