2023-cü ilin sentyabr ayı üçün dünyanın ən varlı insanlarının siyahısı dərc edilib. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya 228 milyard dollar sərvətə sahib amerikalı ixtiraçı-biznesmen, SpaceX şirkətinin rəhbəri İlon Mask başçılıq edir.

İkinci yerdə 169 milyard dollarla fransız iş adamı - Louis Vuitton Moët Hennessy şirkətlər qrupunun prezidenti Bernard Arnault qərarlaşıb.

İlk üçlüyü 153 milyard dollarla amerikalı sahibkar və Amazon.com internet mağazasının təsisçisi Ceff Bezos tamamlayır.

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts 125 milyardlıq sərvəti ilə 4-cü yerdə qərarlaşıb. "Meta" şirkətinin rəhbəri Mark Zükerberqin sərvəti 109 milyard dollar qiymətləndirilir və siyahının 10-cu pilləsində yer alıb.

Dünya zənginlərinin siyahısı ilə bütöv şəkildə aşağıdakı fotoda tanış ola bilərsiniz: