"Twitter", "Tesla" və "SpaceX"in baş direktoru İlon Mask 20,3 milyard dollardan çox itirib.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, elektrikli avtomobil istehsalçısı "Tesla"nın səhmlərinin 9,7% ucuzlaşması səbəbilə Maskın sərvəti kəskin azalıb. Bununla da İlon Maskın sərvəti 234,4 milyard dollara enib.

Buna baxmayaraq, amerikalı iş adamı dünyanın ən zəngin adamı statusunu qoruyur.

 

Gözəl Həşimova