Bazar dəyərinə görə bu il dünya üzrə aparıcı texnologiya şirkətlərinin adları açıqlanıb.
İqtisadiyyat.az bu barədə dünya statistikasında araşdırma aparıb.
Məlumata görə, "Microsoft" 3,15 trilyon bazar kapitallaşması ilə dünyada ən dəyərli texnologiya şirkətidir. "Nvidia"nın bazar dəyəri isə ilk dəfə olaraq 3 trilyon dolları ötərək bu siyahıda ikinci olub. "Nvidia" reytinqdə "Apple" şirkətini geridə qoymağı bacarıb.
"Apple" şirkəti bu reytinqdə 3-cü yerdə qərarlaşıb. Bu gün "iPhone" ən gəlirli "Apple" məhsulu hesab olunur. "Apple"ın istehlakçı elektronikası sənayesində ən böyük rəqibi isə Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" şirkətidir. Şirkət son illər ərzində 200 milyard ABŞ dollarından çox gəlir əldə edib.
Beləliklə dünya ən dəyərli texnologiya şirkətlərinin siyahısı belədir:
Şirkət |
Bazar dəyəri |
Microsoft |
3,151 trilyon dollar |
Nvidia |
3,011 trilyon dollar |
Apple |
3,003 trilyon dollar |
Alphabet |
2,177 trilyon dollar |
Amazon |
1,886 trilyon dollar |
Meta |
1,255 trilyon dollar |
TSMC |
845 milyard dollar |
Broadcom |
654,8 milyard dollar |
Tesla |
558,1 milyard dollar |
Tencent |
460 milyard dollar |
Gözəl Həşimova