"Azercell" nömrələrində bəzi xidmətlərdən istifadə zamanı yenidən problemlər yaranacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bildirilir ki, mayın 29-da gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Qeyd edilib ki, bu, aparılacaq texniki işlərlə əlaqədardır. 

Xatırladaq ki, bundan əvvəllər də "Azercell" nömrələrində mütəmadi olaraq bu kimi problemlər yaşanıb. Abunəçilər isə "Azercell Telekom" MMC-dən buna görə narazılıqlarını bildiriblər.