“Beeonline” ASC-nin səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Maliyyə hesabatlarının təqdim edilməsi və təsdiq edilməsi.
2. Nizamnaməyə dəyişikliyin edilməsi.
Qeyd edək ki, “Beeonline” 2021-ci ildə yaradılıb, informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərir. Şirkət müvafiq lisenziya əsasında internet televiziya yayımını həyata keçirir.