İpoteka və Kredit Zəmanət Fondu yeni sayt yaradır.

İqtisadiyyat.az xəbər verir ki, internet saytının yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Fond bu istiqamətdə tender elan edib və tenderdə aşağıdakı tələblər qeyd olunub:

1) Layihələşdirmə: a) Satınalan təşkilat və təchizatçı tərəfindən layihəyə cavabdeh şəxslərin təyin edilməsi; b) Xidmətlərin göstərilməsi qrafikinin hazırlanması; c) Saytın strukturu və funksionallıqlarının dəqiqləşdirilməsi.

2) Texniki icra: a) İlkin dizaynın müzakirəsi və dəqiqləşdirilməsi b) Dizaynın son versiyasının hazırlanması (icraçı tərəfindən hazırlanmalı, sifarişçi tərəfindən təsdiq edilməlidir); c) Saytda yerləşdiriləcək bütün mətnlərin, şəkillərin və digər materialların icraçıya təqdim edilməsi; d) “HTML” kodun (bölgünün) Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) tələblərinə uyğun hazırlanması; e) Proqram təminatının XRİTDX-in tələblərinə uyğun hazırlanması; f) Materialların emalı və müvafiq bölmələrə əlavə edilməsi.

3) Sazlama və yekunlaşdırma: a) Saytın ilkin testi və nasazlıqların aradan qaldırılması; b) Saytın satınalan təşkilat tərəfindən yoxlanılması; c) Təchizatçı tərəfindən qeyd edilmiş düzəlişlərin araşdırılması və aradan qaldırılması; d) Saytın XRİTDX tərəfindən yoxlanılması; e) Təchizatçının XRİTDX tərəfindən qeyd edilmiş düzəlişləri araşdırması və aradan qaldırması; f) Saytın XRİTDX serverlərində yerləşdirilməsi; g) CMS modulu üzrə treninq.

4) Texniki dəstək: Xidmətlər Satınalan təşkilat tərəfindən qəbul edildikən sonra 1 il ərzində texniki dəstəyin göstərilməsi, tələb olunan yeni bölmə və funksionallıqların yaradılması.