“Azercell Telekom” fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddətini azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, iyulun 1-dən etibarən, aşağıdakı kimi tətbiq ediləcək:
Kartın nominalı (AZN ilə) |
İstifadə müddəti (təqvim günü) |
1 |
5 |
2 |
10 |
3 |
20 |
5 |
30 |
10 |
60 |
25 |
90 |
50 |
120 |
100 |
120 |
İndiyədək isə 1 manatlıq danışıq kartı üçün istifadə müddət 7 gün, 2 manatlıq 14 gün, 3 manatlıq 30 gün, 5 manatlıq 60 gün, 10 manatlıq 90 gün, 25, 50 və 100 manatlıq danışıq kartları üçün istifadə müddəti 180 gün müəyyənləşmişdi.
Bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 180 gün kimi saxlanılır.
Göstərilənlərlə yanaşı, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balansına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:
Ödəniş məbləğinin aralığı |
İstifadə müddəti (təqvim günü) |
1 AZN-dən - 1,99AZN-dək |
5 |
2AZN-dən – 2,99 AZN-dək |
10 |
3 AZN-dən – 4,99 AZN-dək |
20 |
5 AZN-dən – 9,99 AZN-dək |
30 |
10 AZN-dən – 19,99 AZN-dək |
60 |
20 AZN-dən – 24,99 AZN-dək |
90 |
25 AZN-dən – 49,99 AZN-dək |
90 |
50 AZN-dən - 99,99 AZN-dək |
120 |
Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.