2022-ci ildə dünyada ən böyük ümumi daxili məhsula (ÜDM) sahib ölkələrin siyahısı açıqlanıb.
Bu barədə İqtisadiyyat.az dünya statistikasında araşdırma aparıb.
2022-ci ildə ABŞ 25,4 trilyon dollarlıq ümumi daxili məhsulla dünyanın ən böyük iqtisadiyyatına sahib olub. ABŞ İkinci Dünya Müharibəsindən bəri ardıcıl olaraq dünyanın ən böyük iqtisadiyyatı olur.
Çin təxminən 17,8 trilyon dollar ilə bu siyahıda ikinci yerdə qərarlaşıb.
Dünyanın 20 ən böyük iqtisadiyyatını əhatə edən qalan ölkələrin hamısının ÜDM-i 800 milyard ilə 5 trilyon dollar arasında dəyişib.
Hesabat dövründə Türkiyə Tayvanı siyahıdan kənarlaşdıraraq 19-cu yerə yüksəlib.
Ümumillikdə qlobal ümumi daxili məhsul demək olar ki, 95 trilyon dollar təşkil edib və ABŞ bu rəqəmin beşdə birindən çoxunu təşkil edib. Dünyanın ən böyük 12 iqtisadiyyatına Yeddilik Qrupunun (G7) bütün iqtisadiyyatları daxildir.
Bəs dünyanın ən böyük iqtisadiyyatları hansılardır?
Ölkə |
ÜDM həcmi |
ABŞ |
25,4 trilyon dollar |
Çin |
17,8 trilyon dollar |
Yaponiya |
4,2 trilyon dollar |
Almaniya |
4 trilyon dollar |
Hindistan |
3,3 trilyon dollar |
Böyük Britaniya |
3 trilyon dollar |
Fransa |
2,7 trilyon dollar |
Rusiya |
2,2 trilyon dollar |
Kanada |
2,1 trilyon dollar |
İtaliya |
2 trilyon dollar |
Brazilya |
1,9 trilyon dollar |
Avstraliya |
1,7 trilyon dollar |
Koreya |
1,6 trilyon dollar |
Meksika |
1,4 trilyon dollar |
İspaniya |
1,4 trilyon dollar |
İndoneziya |
1,3 trilyon dollar |
Səudiyyə Ərəbistanı |
1,1 trilyon dollar |
Niderland |
1 trilyon dollar |
Türkiyə |
905,8 milyard dollar |
İsveçrə |
818,4 milyard dollar |
Gözəl Həşimova