Müasir dünya 1 ildən çoxdur ki, yeni çağırışlarla üz-üzədir. Əgər 2020-ci ildə dünyanı narahat edən məsələ koronavirus pandemiyası idisə, 2022-ci ildən başlayaraq Ukrayna-Rusiya müharibəsidir. Hər iki məsələ dünya siyasətində əsas məsələdir. Əgər koronavirusa qarşı bütün dünya birləşmişdisə, Ukrayna-Rusiya müharibəsində cəbhələşmə yarandı. Ona görə də Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası xüsusi bir qeyd olunmalı nüansdır. Çünki Qoşulmama Hərkətının üzv olduğu 120 ölkə formal olaraq heç bir bloka tərəf olmadığını bildiriblər. 

Azərbaycanın dünyanın qütbləşmə mərhələsində olduğu zamanda Qoşulmama Hərəkatının toplantısını keçirməsi sülh, dayanıqlı sabitlik və təhlükəsizlik meyllərinə sadiq olduğunu göstərir. 2020-ci ildə dünyada koronaviris pandemiyasından az zərərlə qurtarmaq üçün Azərbaycanın səyləri yüksək səviyyədə oldu. Bunu BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı və digər dünya ölkələri etiraf etdilər. Buna görə Azərbaycana minnətdarlıqlarını da bildirdilər.

Hazırkı Qaşulmama Hərəkatı dünyanın pandemiya ilə yox, dəmir və qanla üz-üzə olduğu bir vaxtdadır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini nümayiş etdirir, yenə dünya ölkələri rəsmilər Bakıda toplaşır və çağırışlara qarşı fikir mübadiləsi aparır. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə  “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” tədbiri ölkənin nüfuzunu daha da artıracaq. Təşəbbüskar Azərbaycan imici bir daha təsdiqlənəcək.

Samir Cabbarov