Dünyanın aparıcı şirkətlərinin bu ilin ikinci rübündə xalis mənfəəti 3% azalaraq 995,7 milyard dollar təşkil edib.

Bu barədə İqtisadiyyat.az Yaponiyanın aparıcı iqtisadi qəzeti Nikkei qəzetinə istinadən xəbər verir.

Şirkətlərin mənfəətinin azalmasına səbəb isə Çindəki ləng biznes mühiti olub. Mütəxəssislərinin hesablamalarına görə, bu prosesdən, xüsusilə, müxtəlif növ ilkin xammal, kimya məhsulları istehsalçıları, elektrotexnika və nəqliyyat şirkətləri təsirləniblər. Bildirilib ki, Çində bu vəziyyət davam edərsə, dünyanın aparıcı korporasiyalarının mənfəəti ilin ikinci yarısında daha çox azala bilər.

Əlavə edək ki, xalis mənfəətin azalması qlobal iqtisadiyyatın 16 əsas sektorundan 8-də qeydə alınıb.

 

Gözəl Həşimova