Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu dünya əhalisinin 8 milyarda çatdığını bildirib.
İqtisadiyyat.az-a Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) açıqladığı hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.
Dünyada əhalinin artım tempi yavaşlasa da, əhalinin artımının 2100-cü ilə qədər davam edəcəyi gözlənilir.
1970-ci illərdən etibarən azalmağa başlayan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb.

Məhəbbət Məmmədov