Dünya bazarına neft tədarükü iyun ayında sutkada 150 min barel artıb.

İqtisadiyyat.az xəbər verir ki bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyul hesabatında deyilir.

Məlumata görə, buna səbəb bioyanacaq istehsalının artması olub. Bu da Səudiyyə Ərəbistanından tədarükün əhəmiyyətli dərəcədə azalmasını kompensasiya edib.

Hesabata əsasən, bu ilin ikinci rübündə qlobal neft hasilatı 910 min barel artıb. Üçüncü rübdə isə 770 min barel artım gözlənilir.

Ümumilikdə, 2024-cü ildə qlobal neft təklifinin sutkada 770 min barel artacağı, mütləq ifadədə isə bu rəqəmin rekord həddə - 103 milyon barelə çatacağı gözlənilir.

 

Gözəl Həşimova