ABŞ-nin xam neft və yanacaq ehtiyatlarının keçən həftə azalması neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 21 sent artaraq 84,87 dollar olub.

"WTI" markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 26 sent artaraq 81,67 dollara çatıb.

 

Gözəl Həşimova