ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

İqtisadiyyat.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 610 min barel təşkil edəcək. Bu da əvvəlki proqnozla eynidir.

Bu ilin üçüncü rübündə ölkədə neft hasilatının gündəlik 610 min barel, gələn il isə 620 min barel olacağı proqnozlaşdırılır.

Agentlik gələn il Azərbaycanda gündəlik 660 min barel neft hasil ediləcəyini proqnoz edir ki, bu da əvvəlki proqnozla müqayisədə 10 min barel çoxdur.

Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

 

Gözəl Həşimova