Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) xam neft hasilatı iyunda gündəlik 0,3% və ya 80 min barel azalaraq 26,57 milyon barel olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq neft bazarı hesabatında deyilir.

Xam neft hasilatı əsasən Səudiyyə Ərəbistanında azalıb, Liviya və Venesuelada isə artıb.

Qrupun ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında hasilat sutkada 76 min barel azalıb, Liviyada isə hasilat sutkada 24 min barel, Venesuelada isə 21 min barel artıb.

 

Gözəl Həşimova