"Bu ilin I yarısında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 14,4 milyon ton ixraca nəql edilən həcmlər isə 11,9 milyon ton olub".

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"Bu dövrdə ötən ilin I yarımili ilə müqayisədə 4,3% artımla hasil edilmiş 25,1 milyard kubmetr qazın 12,7 milyard kubmetri ixrac olunub", - nazir qeyd edib.