Qlobal təsdiqlənmiş təbii qaz ehtiyatları 2022-ci ildə təqribən 210 trilyon kubmetr təşkil edib. Bu da 1960-cı ildən bəri ən yüksək səviyyədir.

İqtisadiyyat.az qaz ehtiyatarı ilə bağlı dünya statistikasının materialları əsasında araşdırma aparıb.

1960-cı ildən bəri kəşfiyyat və hasilat sənayesində davamlı artım nəticəsində qaz ehtiyatlarının ümumi həcmi 10 dəfədən çox artaraq 2011-ci ildə 200 trilyon kubmetrə çatıb.

Yeni kəşflər və mövcud yataqların hərtərəfli qiymətləndirilməsi ilə ehtiyatlar hər il dəyişə bilər. Dünyanın təbii qaz ehtiyatlarının əksəriyyəti Yaxın Şərqdə yerləşir. Rusiya qlobal təbii qaz ehtiyatlarında ən böyük paya sahibdir.

Bəs 1960-cı ildən 2022-ci ilə qədər dünyada nə qədər qaz ehtiyatı olub?

İllər

Qaz ehtiyatı

1960

19,1 trilyon kubmetr

1970

43,4 trilyon kubmetr

1980

84,6 trilyon kubmetr

1990

128,5 trilyon kubmetr

2000

156,5 trilyon kubmetr

2005

172,2 trilyon kubmetr

2010

197,5 trilyon kubmetr

2015

203,6 trilyon kubmetr

2016

205,1 trilyon kubmetr

2017

208,1 trilyon kubmetr

2018

205,5 trilyon kubmetr

2019

207,2 trilyon kubmetr

2020

205,3 trilyon kubmetr

2021

205,1 trilyon kubmetr

2022

210 trilyon kubmetr

 

Gözəl Həşimova