Bu ilin I yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı 13 557,4 mln. kVt-saat, ixracı 444 mln. kVt-saat, idxalı isə 96,4 mln. kVt-saat olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Qeyd olunub ki, birinci yarımildə İES-lər üzrə 11 525 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 950,7 mln. kVt-saat artımla 2 032,4 mln. kVt-saat elektrikEnerjisi istehsal edilib.

“Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib”, - paylaşımda qeyd olunub.