İyun ayında "OPEC+" sazişinə qatılan ölkələr neft hasilatını gündəlik 202 min barel azaldaraq 35,499 milyon barelə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

İyun ayı üçün nəzərdə tutulan bütün könüllü məhdudiyyətlər nəzərə alınmaqla və sazişdən azad olan Liviya, İran və Venesuela istisna olmaqla, "OPEC+" ölkələri sutkada 35,595 milyon barel neft hasil etməli idilər. Beləliklə, alyans planı təqribən 96 min barel üstələyib.

İyun ayında hasilatın ən böyük azalması Rusiyada baş verib -  gündəlik 114 min barel.

 

Gözəl Həşimova