Rusiya ötən ay gündəlik xam neft hasilatını 114 min barel azaldaraq 9,139 milyon barelə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Ölkənin neft hasilatı "OPEC+" razılaşmaları çərçivəsindəki planı gündəlik 161 min barel üstələyib.

"OPEC+" tərəfindən könüllü ixtisarların ümumi həcmi həm ikinci rübdə, həm də birinci rübdə gündə təxminən 2,2 milyon barelə çatıb.

 

Gözəl Həşimova