Dünya Bankı müəllimlərə və məmurlara ödənişlər üçün kreditin bir hissəsi kimi Ukraynaya 63 milyon avro köçürüb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, kreditin qaytarılma müddəti 4 il güzəştli olmaqla, 10 ildir.

Əlavə edək ki, aprelin sonunda Ukraynanın ümumi xarici borcu 82 milyard dolları ötüb. Bu il isə dövlət büdcəsində 38 milyard dollarlıq kəsir nəzərdə tutulub.