Dünya Bankı Pakistanın enerji sektorunun inkişafı üçün 150 milyon dollar ayırır.

Bu barədə İqtisadiyyat.az “The Express Tribune”ya istinadən xəbər verir.

Bu maliyyənin 135 milyon dolları kredit kimi, 15 milyon dolları isə qrant şəklində veriləcək.

Məlumata görə, Dünya Bankı təbii qazla işləyən sənaye zavodlarını və kommersiya mənzillərini elektrik enerjisinə çevirməklə ölkənin enerji sektorunun səmərəliliyini artırmaq niyyətindədir.

 

Gözəl Həşimova