Deutsche Bank analitikləri Bitcoin-in ilin sonuna kimi 28 min dollara yüksələcəyini gözləyirlər.
Deutsche Bank analitiklərinin fikrincə, ABŞ fond bazarlarına dəyişkənliklə hərəkət edən bitkoin ilin sonuna kimi 28 min dollara qədər yüksələ bilər.

Ən böyük kriptovalyuta 2022-ci ildə faiz artımı və inflyasiyanın risk iştahını azaltmasına görə 50 faizdən çox dəyər itirib.

Bank analitikləri, bitkoinin texnoloji cəhətdən ağır olan Nasdaq 100 və SP 500 indeksləri ilə getdikcə daha çox asosasiya olunduğunu, SP 500-ün ilin sonuna qədər yanvarda müşahidə edilən  səviyyəyə çatacağını və Bitcoin-in də eyni dinamika ilə inkişaf edəcəyini proqnozlaşdırır.