Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sabahdan 160 nömrəli marşrut xətti (“Koroğlu” NMM - Binə qəsəbəsi ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Belə ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonu Yeni Ramana 141, Yeni Ramana 233, Binə qəsəbəsi Əli İsazadə küçəsi üzrə 11 ünvanında, Südçülük, Mehriban Qonşular küçəsi, Nizami Abbasov 24 ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Qeyd edək ki, daha öncə 130 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.