Çinin büdcə gəlirləri bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat açıqlayıb.
Məlumata görə, ölkənin büdcə gəlirləri 11,5% artaraq 13,93 trilyon yuana (təxminən 1,91 trilyon dollar) çatıb. Eyni dövrdə büdcə xərcləri isə 3,3% artaraq 15,16 trilyon yuana (təxminən 2,08 trilyon dollar) yüksəlib.
7 ayda dövlət büdcəsinin ümumi kəsiri 1,23 trilyon yuan (təxminən 170 milyard dollar) təşkil edib.
Gözəl Həşimova