Çin kosmosa uzaqdan qavrayan "Yaogan" sinifli Yer müşahidə peykləri göndərib.
İqtisadiyyat.az Çinin Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, Ciuçuen Peyk Mərkəzindən “Long March 4C” raketi ilə “Yaogan-34” tipli üç peyk kosmosa buraxılıb.
Orbitə buraxıldıqdan sonra peyklər planlaşdırılmış orbital mövqelərinə yerləşib.Peyklər torpaq ehtiyatları, şəhərsalma və fəlakətlərin qarşısının alınması işlərində istifadə olunacaq.
Peyklərin kosmosa göndərilməsi Long March raketləri ilə həyata keçirilən 450-ci uğurlu nəqliyyat missiyası idi.
Qeyd edək ki, “Yaogan-34” peyklərinin birinci qrupu 2021-ci il aprelin 30-da, ikinci qrupu isə martın 17-də orbitə buraxılıb.

Məhəbət Məmmədov