Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-ya üzv olmaq üçün müraciət etmiş Finlandiya və İsveçin xarici işlər nazirləri ilə üçtərəfli görüşdə görüşüb.


İqtisadiyyat.az xəbər verir ki, NATO toplantısı öncəsi görüşlə bağlı sosial mediada açıqlama verən Çavuşoğlu Türkiyənin iyun ayında Madriddə keçirilən NATO Zirvəsi zamanı imzalanan anlaşma memorandumu çərçivəsində gözləntilərini çatdırdığını bildirib:

“Türkiyə-İsveç-Finlandiya Üçtərəfli Xarici İşlər Nazirləri Toplantısında Üçtərəfli Memorandum çərçivəsində atılan addımları qiymətləndirdik və gözləntilərimizi vurğuladıq."