"Adagio SD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə milyon yarımdan çox vergi borcu üzə çıxıb.  

İqtisadiyyat.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, qanuni təmsilçisi Cəfərov Fariz Cəfər oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 629 min 199 manat 21 qəpik vergi borcu yaranıb.  

"Adagio SD" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini vergi borcuna görə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.