“F.S” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyulun 22-də keçirilməsi nəzərdə tutulub.
Ümumi yığıncağın gündəliyi :
1. Cəmiyyətin 2023-cü və 2024-cü illər üzrə maliyyə hesabatlarının və maliyyə balansının təsdiq edilməsi.
2. 2023-cü və 2024-cü illərin dividendlərinin bölüşdürülməsi.
3. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.
4. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil olunan MMC-lərin təsis edilməsi və nizamnamə kapitalının formalaşması.
5. Bölünmə balansının təsdiq edilməsi.
6. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.
7. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
8. Digər məsələlər.
Qeyd edək ki, sözügedən şirkət 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 17 386 manat, qanuni təmsilçisi İbrahimov Oqtay Vəli oğludur.