Yunanıstanın Rusiyadan idxalının dəyəri 223,5 milyon avro təşkil edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 81,6% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yunanıstanın "ELSTAT" statistika xidməti məlumat yayıb.

Hesabat dövründə Yunanıstanın Rusiyaya ixracının dəyəri isə 7,5 milyon avro təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 8% azdır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 2,5 milyard dollar, Yunanıstanla ticarət dövriyyəsi isə 1 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova