Gürcüstan hökuməti bu ilin iyul ayından məktəblərdə çalışan müəllimlərin maaşlarını orta hesabla 500 lari (174 dollar) artırmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

 Onun sözlərinə görə, bəzi kateqoriyalar üzrə müəllimlərin maaşı 279 dollar və ya daha çox artırılacaq.

“Ümumilikdə, dövlət məktəblərində 52 min müəllim çalışır ki, bu da bütün kontingentin 70%-ni təşkil edir”.

 

Gözəl Həşimova