Filippində güclü zəlzələ baş verib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələ 6 bal gücündə olub.

Zəlzələ yerin 20 km altında meydana gəlib. Dağıntı və təlafat barədə məlumat yoxdur.