Bu ilin sonuna qədər Çin Rusiya və Meksika bazarlarına tədarükün artması səbəbindən ilk dəfə olaraq dünyanın ən böyük avtomobil ixracatçısı olacaq.

Bu barədə İqtisadiyyat.az "Nikkei" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-noyabr aylarında Çin Rusiyaya 730 minə yaxın avtomobil tədarük edib ki, bu da ötən illə müqayisədə 7 dəfə çoxdur.

Hesabat dövründə Çində yığılmış avtomobillərin ixracı illik müqayisədə 58,4% artaraq 4,41 milyon ədəd təşkil edib. Yaponiya üçün həmin dövrdə bu rəqəm 3,99 milyon avtomobil təşkil edib.

Qeyd edək ki, Yaponiya son illərdə dünya avtomobil ixracatçıları reytinqində birinci yeri tutur.

 

Gözəl Həşimova