3 dekabrda dünyada “Beynəlxalq Əlillər Günü” qeyd olunur.  

İqtisadiyyat.az xəbər verir ki, 1982-ci ildə BMT-nin Baş Assambleyası  tərəfindən əlillərə münasibətdə Ümumdünya hərəkət proqramında xüsusi təkliflər irəli sürülüb. Bundan sonra “Beynəlxalq Əlillər Günü” Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. 

Hər il keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədi ilə elan edilib.

Məhəbbət Məmmədov