15 noyabr Beynəlxalq Tütünçəkmədən İmtina Günüdür. 
İqtisadiyyat.az xəbər verir ki, Beynəlxalq Tütünçəkmədən İmtina Günü hər il noyabrın 15-i qeyd olunur. Bu tarix 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib.
1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə “31 may – Ümumdünya Tütünsüz Günü” elan edilib. Dünyanın 50-dən artıq ölkəsinin imzaladığı ÜST-nin 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan 2005-ci il noyabrın 1-də qoşulub.
Qeyd edək ki, qlobal problemlərdən biridə tütünçəkməkdir. Dünyada hər il təxminən 6 milyonadək insan tütünün törətdiyi fəsadlara görə vəfat edir .

Məhəbbət Məmmədov