21 və 22 aprel tarixlərində Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günüdür. 23 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Qeyd: Bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Ramazan bayramı ilə əlaqədar 21-24 aprel tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qeyri-iş günü olacaq.

DOST Agentliyi də bayramla əlaqədar 21-24 aprel tarixlərində DOST mərkəzləri və Çağrı Mərkəzi 142 də fəaliyyət göstərməyəcək.

Həmçinin Ramazan bayramı ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun qəbul şöbələrində 21-24 aprel tarixlərində vətəndaş qəbulu olmayacaq, qeyri-iş günləridir.

Vətəndaşlar qeyd olunan qurumlara 25 aprel tarixindən yenidən müraciət edə biləcəklər.