Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 600 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.