Bu gün Böyük Britaniyanın müxalifətdəki Leyboristlər Partiyasının lideri Key Starmer Kiyevə səfərə gəlib.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

Leyboristlərin lideri bildirib ki, Ukrayna həmişə onun rəhbərlik etdiyi partiyanın “sarsılmaz dəstəyindən” yararlanacaq.

Səfər zamanı Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Dövlət başçısı ilə görüşdən əvvəl o, rusların hərbi cinayət törətdiyi Buçada olub.

"Bu səhər gördüyüm vəhşiliklərin sübutunu görmək inanılmazdır. Kiyevin kənarında gözləri bağlı, əlləri arxada bağlanmış mülki şəxslərin fotoları var. Haaqa məhkəməsində ədalət olmalıdır”, - Britaniya müxalifətinin lideri bildirib.