Böyük Britaniyada inflyasiya həddi artıb. Bu hal daha çox enerji və ərzaq qiymətlərində özünü göstərərək, oktyabrda illik 11,1 faizlə 41 ildə pik həddə çatıb.

Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, oktyabr ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) aylıq 2 faiz, illik müqayisədə isə 11,1 faizə qalxıb.

Qeyd edək ki, qida və alkoqolsuz içkilərin qiymətləri 1977-ci ildən bəri ən sürətli artım tempindədir.