Avropa İttifaqı Ukraynaya azı 8 milyard avro dəyərində silah verib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ-nin baş diplomatı Josep Borrell bazar ertəsi Brüsseldə Aİ Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, sanksiyaların məqsədi Ukraynada döyüşlərə son qoymaq deyil, yalnız Rusiyanı zəiflətməkdir.

“Avropa İttifaqı heç vaxt gözləməyib ki, sanksiyalar müharibəni dayandırmalıdır. Sanksiyalar Rusiya iqtisadiyyatını, onun hərbi imkanlarını və yeni texnologiyalar əldə etmək imkanlarını zəiflədir”, - deyə siyasətçi byan edib.